İspan gəmisi Somali sahilləri yaxınlığında quldur gəmisini məhv edib
17 aprel 2010 05:01 (UTC +04:00)
Bakı-APA. İspaniyaya məxsus «Viktoriya» gəmisi Somali sahilləri yaxınlığında quldurluqda şübhəli bilinən balıqçı gəmisini məhv edib.
Avropa İttifaqı HDQ-nin mətbuat xidmətinin məlumatına görə, ispan gəmisindəki vertolyot ilk olaraq quldurluqda şübhəli bilinən gəmini aşkar edib. Yoxlama nəticəsində gəmidən çoxlu miqdarda silah-sursatın olduğu məlum olub.
3 nəfərlik gəmi heyəti isə balıqçı olduqlarını iddia edib. Lakin gəmidə heç bir balıqçı ləvazimatı aşkar edilməyib. «Balıqçıları» ispan gəmisinə aparıblar, Üzən quldur bazası hesab olunan gəmi isə məhv edilib.