Nigeriyada jurnalist qətlə yetirilib

Nigeriyada jurnalist qətlə yetirilib
# 26 aprel 2010 18:13 (UTC +04:00)
Bakı-APA. Nigeriyada bir jurnalist evində uğradığı silahlı hücum nəticəsində həlak olub.

Paytaxt Laqos polis idarəsinin mətbuat katibi Frank Mba «The Nation» qəzetinin müxbiri Edo Uqbaqvunun şənbə günü öldürüldüyünü bildirib.

Mba 42 yaşlı müxbirin hansı səbəbdən öldürüldüyünün hələlik bilinmədiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR