Sudanın cənubunda baş vermiş tayfa davasında 26 nəfər həlak olub

Sudanın cənubunda baş vermiş tayfa davasında 26 nəfər həlak olub
# 05 may 2010 22:55 (UTC +04:00)
Bakı-APA. Sudanın cənubunda 2 iri tayfa arasında qarşıdurma 26 nəfərin ölümünə səbəb olub. Bu barədə qiyamçı Sudanın Azadlığı uğrunda xalq ordusunun nümayəndəsi məlumat verib.

««Birlik» ştatından nuer tayfası Varab ştatından dink tayfasına hücum edib. Nuer tayfasından 11, dink tayfasından 15 nəfər həlak olub», deyə Xalq ordusunun nümayəndəsi bildirib. Onun sözlərinə görə mübahisə mal-qara ucbatından baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR