BMT qoşunları Konqolu qiyamçıların komandirini həbs edib

BMT qoşunları Konqolu qiyamçıların komandirini həbs edib
# 06 oktyabr 2010 04:37 (UTC +04:00)
Bakı-APA. BMT qoşunları tərəfindən dinc əhaliyə qarşı hücumlar təşkil etməkdə, kütləvi zorakılıq törətməkdə şübhəli bilinən Konqolu qiyamçı qrupun komandiri həbs edilib.
APA-nın BBC radiosuna istinadən verdiyi xəbərə görə,
polkovnik Mayela hərbi əməliyyat nəticəsində həbs edilib. Onun dəstəsi iyul-avqust aylarında Şimali Kivuya hücum zamanı 500-dən çox qadın və uşaqlara qarşı zorakılıqda ittiham olunur.
BMT-nin nümayəndəsi Margot Vallstrem bildirib ki, Mayelanın həbs olunması ədalətin təntənəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR