Somali piratları Tayvan gəmisini ələ keçiriblər

Somali piratları Tayvan gəmisini ələ keçiriblər
# 08 oktyabr 2010 04:34 (UTC +04:00)
Bakı-APA. Somali piratları Tayvanın “Guo Feng” balıqçılıq gəmisinə hücum edib ələ keçiriblər.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bu məlumatı Nayrobidə yerləşən Ədən körfəzi və Hind okeanında piratlılıq hallarına nəzarət edən Ecoterra International təşkilatı yayıb.
Zəbt olunan gəminin heyəti 14 nəfərdən ibarətdir. Gəmi ilə rabitə oktyabrın 4-dən kəsilib.
Bəzi məlumatlara görə piratlar gəmini azad etmək üçün pul tələb ediblər.
Hind okeanı və Ədən körfəzində piratlılığa qarşı mübarizədə aparan Avropa İttifaqın missiyası bu xəbəri təsdiqləməyib. “Guo Feng” gəmisinin statusuna gəldikdə, onun balıqçılıq fəaliyyəti aparmaq üçün lisenziya yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR