Ömər əl-Bəşir Cənubi Sudanın ayrılması variantını təklif edib

Ömər əl-Bəşir Cənubi Sudanın ayrılması variantını təklif edib
# 08 yanvar 2011 04:57 (UTC +04:00)
Bakı-APA. Sudan prezidenti Ömər əl-Bəşir yanvarın 9-da keçiriləcək referendumda ölkənin cənub hissəsinin əhalisi müstəqilliyə səs verərlərsə, şimal və cənub dövlətləri arasında Avropa İttifaqı tipli birlik yaratmağı təklif edib.

Əl-Bəşir bildirib ki, cənubi Sudanın sakinləri şimalda azad surətdə hərəkət edə, işləyə və yaşaya bilərlər, lakin onlara ikili vətəndaşlıq verilməyəcək.

Prezident Cənubun liderlərini Abyey sərhədyanı rayonu barəsində birtərəfli addımlar atmaqdan çəkinməyə çağırıb.

Neftlə zəngin Abyey rayonu Sudanın şimalı və cənubunun sərhədində yerləşir. Buranın əhalisi ayrıca referenduma öz taleyini müəyyən etməliydi.

Lakin Xartum və Cuba bu məsələdə kompromisə gələ bilmədikləri üçün Abyeyin statusu barədə səsvermə təxirə salınıb.

«Bu məsələ ilə bağlı danışıqlar davam edir, lakin, əgər dink tayfasının nümayəndələri birtərəfli qaydada Abyeyin cənubi məxsus olduğunu elan etsələr, müharibə başlaya bilər», deyə əl-Bəşir bəyan edib.

O həmçinin Abyeydə xarici qoşunların yerləşdirilməsi ideyasının əleyhinə çıxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR