Əlcəzairdə baş vermiş toqquşmalarda 2 nəfər həlak olub, 20 yaralanıb

Əlcəzairdə baş vermiş toqquşmalarda 2 nəfər həlak olub, 20 yaralanıb
# 08 yanvar 2011 18:49 (UTC +04:00)
Bakı-APA Əlcəzairdə polislə etirazçılar arasında baş vermiş toqquşmalarda iki nümayişçi həlak olub, 20 nəfər yaralanıb.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, ərzağın qiymətinin və gənclər arasında işsizliyin səviyyəsinin artmasına qarşı etiraz aksiyaları ölkənin bir necə şəhərlərində keçirilib. Həlak olan nümayişçilərdən birinin 18, digərinin isə 32 yaşı var idi. Yaralılar arasında 3 polis əməkdaşı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR