Tunis prezidenti şəkər, süd və çörəyin qiymətinin azaldılması barədə elan verib

Tunis prezidenti şəkər, süd və çörəyin qiymətinin azaldılması barədə elan verib
# 13 yanvar 2011 23:16 (UTC +04:00)
Bakı-APA. Tunisdə etiraz aksiyaları gedən zaman bu ölkənin prezidenti növbəti seçkilərdə öz namizədliyini irəli sürməyəcəyini bildirib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, 23 il hakimiyyətdə olun Zina əl-Abidin Ben Əlinin prezidentlik mandatının vaxtı 2014-cü ildə başa çatır.

O nümayişçilərə atəş acımamaq barədə hərbiçilərə əmr verib. Prezident həmçinin şəkər, süd və çörəyin qiymətinin azaldıldığını elan edib.

İnsan hüquqları müdafiə təşkilatları bildiriblər ki, son bir neçə gün ərzində Tunisdə polis qüvvələri ilə etirazçılar arasında baş vermiş toqquşmalarda 60 nəfər həlak olub.
Tunisdə nümayişlər işsizliyin artmasına qarşı başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR