Sudanda keçirilən referendum yekunlaşıb

Sudanda keçirilən referendum yekunlaşıb
# 15 yanvar 2011 16:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Sudanda ölkənin iki yerə bölünməsi ilə bağlı bir həftə ərzində keçirilən referendum yekunlaşıb.

APA-nın “Frans-Press”ə istinadən verdiyi məlumata görə, ölkənin cənub hissəsinin ayrılması ilə bağlı referendum yerli vaxtla saat 18:00-da sona çatıb. Seçki keçirilmiş hesab olunub, seçicilərin 80 faizi səsvermədə iştirak edib.

Məlumatda qeyd olunub ki, yaxın günlərdə referendumun nəticələri açıqlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR