Tunisdə koalision hökumət barədə danışıqlar başlanılıb

Tunisdə  koalision hökumət barədə danışıqlar başlanılıb
# 16 yanvar 2011 03:49 (UTC +04:00)
Bakı-APA. Prezident qismində and içən Tünis parlamentinin spikeri Fuad Mebezaa Baş nazir Məhəmməd Qannuşiyə milli birlik hökumətinin yaradılması barədə müraciət edib.
APA-nın bbc.com saytına istinadən verdiyi məlumata görə, müxalifət liderindən biri bildirib ki, kabinet üzvlüyünə namizədlər barədə danışıqlar başlayıb və bazar günü davam edəcək.
Tunisdə qadağan olan İslam partiyası “An-Nahda”-nın lideri Rəşid Qannuşi ölkəyə qayıtmaq və milli birlik hökumətinin formalaşmasında iştirak etmək niyyətində olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR