Tunisdə yeni qurulmuş “Milli Birlik” hökuməti dağılıb

Tunisdə yeni qurulmuş “Milli Birlik” hökuməti dağılıb
# 18 yanvar 2011 16:34 (UTC +04:00)
Bakı - APA. Tunisdə dünən qurulmuş “Milli Birlik” hökumətinə daxil olan dörd nazir istefa verib.

APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, onlar qərarlarını yeni hökumətdə sabitliyə inamlarının olmaması ilə izah ediblər.

Maraqlıdır ki, istefaya gedən nazirlər ölkədən qaçmış prezident Ben Əliyə qarşı sabit müxalif mövqeyi ilə seçilən şəxslərdir. Hökumətdə qalan nazirlər isə vaxtilə Ben Əli ilə işləyiblər. boş qalan nazir postlarına yeni təyinatların olub-olmayacağı və ya hökumətin yenidən istefaya gedib-getməyəcəyi haqda məlumat verilmir.

Nazirlərin istefasından sonra Tunisi yeni etiraz dalğası bürüyüb. Aksiyaçılar hökuməti Ben Əli tərəfdarlarından təmizlənməsini tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR