Tunisin baş naziri seçkilərdən sonra istefa verəcəyini bildirib

Tunisin baş naziri seçkilərdən sonra istefa verəcəyini bildirib
# 22 yanvar 2011 04:51 (UTC +04:00)
Bakı-APA. Tunisin baş naziri Məhəmməd Qannuşi parlament və prezident seçkilərindən sonra istefaya getməyə söz verib. Qannuşi bildirib ki, hakimiyyət seçkiləri mümkün qədər tez keçirməyə çalışır.

O həmçinin prezidentliyə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Tunisdə yeni prezident seçkilərinin vaxtı hələlik elan edilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR