Əlcəzair polisi qanunsuz etiraz aksiyanı dağıdıb

Əlcəzair polisi qanunsuz etiraz aksiyanı dağıdıb
# 22 yanvar 2011 18:49 (UTC +04:00)
Bakı-APA. Əlcəzairdə demokratik islahatlar tələb edən yüzlərlə etirazçı və polis arasında toqquşma baş verib.
APA-nın bbc.com saytına istinadən verdiyi məlumata görə, nümayişi “Mədəniyyət və demokratiya uğrunda cəmiyyət” adlı müxalifət partiyası təşkil etmişdir. Sessiyanı Aksiyaya Əlcəzair hökuməti tərəfindən sanksiya verilməmişdi.
Toqquşma nəticəsində bir neçə nəfər xəsarət alıb. Daha bir neçə şəxs saxlanılıb.
Xatırladaq ki, Əlcəzairin iri şəhərlərində etiraz aksiyaları ölkədə ərzağın bahalaşmasına və işsizliyin artmasına qarşı keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR