Yəməndə on minlərlə insan etiraz nümayişinə çıxıb

Yəməndə on minlərlə insan etiraz nümayişinə çıxıb
# 28 yanvar 2011 03:31 (UTC +04:00)
Bakı-APA. On minlərlə yəmənli paytaxt Sanaanın küçələrinə çıxaraq prezident Əli Abdulla Salehin istefasını tələb edirlər.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbər qörə, Saleh artıq üç onillikdir ki hakimiyyətdədir.

Nümayişçilər şəhərin bir neçə yerinə toplaşıblar.

Onlar "dəyişiklik vaxtı gəlib" şüarını deyir, Tunisdə prezident Ben Əlinin hakimiyyətdən getməsinə səbəb olmuş nümayişlərdən ibrət aldıqlarını deyirlər.

Eyni zamanda prezident Salehin tərəfdarlarının da nümayişi təşkil olunub.

Müxalifət qrupları yəmənliləri artan yoxsulluq və siyasi islahatların aparılmamasına qarşı çıxış etməyə səsləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR