Misirdə təhlükəsizlik qüvvələri nümayişləri dağıtmağa başlayıb

Misirdə təhlükəsizlik qüvvələri nümayişləri dağıtmağa başlayıb
# 28 yanvar 2011 14:00 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu gün Cümə namazından sonra Misir şəhərlərində xalq kütlələri meydanlara toplaşmağa başlayıb. Qahirənin Təhrir meydanına toplaşan kütləni dağıtmaq üçün polis təzyiqli su və gözyaşardıcı qazdan istifadə edir. BBC və “Əl-Ərəbiyyə” telekanallarının müxbirlərinin xəsarət almasına dair xəbərlər yayılıb. İnsanların içində xüsusi xidmət orqanlarının çoxlu sayda mülki geyimli əməkdaşının olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR