Misir paytaxtında polislə nümayişçilər arasındakı toqquşmalarda 1 nəfər ölüb

Misir paytaxtında polislə nümayişçilər arasındakı toqquşmalarda 1 nəfər ölüb
# 28 yanvar 2011 14:50 (UTC +04:00)
APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, Cümə namazından çıxan kütlə meydanın yaxınlığında polis maşınına od vurub və polisləri daş atəşinə tutub. Cavab olaraq polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Qahirədə prezident sarayının yaxınlığında, Əl-Əzhər Universitetinin qarşısında və Təhrir meydanına aparan yollarda nümayişlər davam edir. Digər şəhərlərdə də kütləvi aksiyalar keçirilir. Təhlükəsizlik qüvvələri aksiyalara qoşulmaq istəyən müxalifət liderlərinin sərbəst hərəkətini əngəlləyir. Beynəlxalq Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Məhəmməd əl-Baradeinin Qahirə məscidlərinin birində mühasirəyə alındığı bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR