Qahirənin mərkəzi nümayişçilərin əlinə keçib

Qahirənin mərkəzi nümayişçilərin əlinə keçib
# 28 yanvar 2011 19:19 (UTC +04:00)
Bakı-APA. Misir prezidenti Hüsni Mübarəkin istefasını tələb edən nümayişçilər Qahirənin mərkəzini ələ keçiriblər. Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. Hökumətin elan etdiyi komendant saatına baxmayaraq, misirlilər şəhər küçələrini tərk etmirlər.

Hökumət qüvvələri şəhərin mərkəzinə nəzarəti itiriblər, şəhərdə polis formasında insan qalmayıb. Qahirədə çoxsaylı yanğınlar baş verir. İqtidardakı Milli Demokrat partiyasının qərargahı yanır. Bir neçə saat əvvəl Qahirəyə qoşun və xüsusi texnika yeridilib. Əldə olunan son məlumata görə, nümayişçilər xarici işlər nazirliyinin və ölkə televiziyasının binasına hücum edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR