Misir piramidalarına giriş yasaqlanıb

Misir piramidalarına giriş yasaqlanıb
# 29 yanvar 2011 16:44 (UTC +04:00)
Bakı - APA. Qahirədə baş verən iğtişaşlar zamanı qarətçilər Misir Muzeyindəki iki mumiyanı məhv ediblər.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Misirin baş arxeoloqu Zahi Xəvas açıqlama verib.

Onun sözlərinə görə, bu hadisə ordu və ağıllı nümayişçilər muzeyi nəzarət altına almamışdan öncə baş verib. Qarətçilər muzeyin kassasını da soyublar.

Qeyd edək ki, Misir Muzeyi mərkəzi Təhrir meydanı yaxınlığında, hakim partiyanın yandırılmış qərargahı ilə yanaşı yerləşir. Burada 27 fironun və ailə üzvlərinin mumiyaları yerləşir.

İğtişaşlarla əlaqədar ordu təhlükəsizlik məqsədilə turistlərin Misir piramidalarına girişinə də qadağa qoyub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR