Minlərlə məhkum Misir həbsxanalarından qaçıb

Minlərlə məhkum Misir həbsxanalarından qaçıb
# 30 yanvar 2011 03:35 (UTC +04:00)
Bakı-APA. Ölkədə baş verən iğtişaşlardan istifadə edərək
Misir həbsxanalarından minlərlə məhkum qaçıb.
APA-nın “Exo Moskvı” radiosuna istinadən verdiyi xəbərə görə, həbsxanalardan kütləvi qaçma halları İsgəndəriyyə, Asuan, Damanhur və Vadi-Natru şəhərlərində qeydə alınıb. Qahirədən 100 km aralıqda yerləşən El Fayoum səhərinin həbsxanasından təqribən 5 min cinayətkarlar qaçıb. Bu hadisə zamanı həbsxananın təhlükəsizlik xidmətinin müdiri öldürülüb.
Ordu ölkədə təhlükəsizliyi təmin etmək məqsədi ilə Misirin iki ən böyük şəhərləri Qahirə ve İsgəndəriyyəni birləşdirən magistralı müvəqqəti olaraq bağlayıb.
Azadlığa çıxan cinayətkarlar ölkədə onsuzda mürəkkəb olan kriminal vəziyyəti daha da gərginləşdirə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR