Misirin vitse-prezidenti nümayişçiləri evlərinə dağılışmağa çağırıb

Misirin vitse-prezidenti nümayişçiləri evlərinə dağılışmağa çağırıb
# 02 fevral 2011 22:47 (UTC +04:00)
Bakı-APA. Misir vitse-prezidenti Ömər Süleyman nümayişçiləri hərbçilərin tələbinə əməl edərək təcili evlərinə dağılışmağa çağırıb.

"Nümayişçilər müxalifətlə dialoq başlamamışdan əvvəl dağılışmalıdırlar", deyə Süleymanın bəyanatında bildirilir.

Dünən prezident Hüsni Mübarəkin tərəfdarları və əleyhdarları arasındakı Qahirənin Təhrir meydanında qarşıdurmada ən azı 1 nəfər ölüb, 600-dən artıq insan yaralanıb. Hazırda qarşıdurma zonasında vəziyyət gərgin olaraq qalır.

Naməlum şəxslər yaxınlıqdakı evlərin eyvanlarından içində yandırıcı maddə olan şüşələr atırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR