Misir ordusu kütləvi iğtişaşların iştirakçılarını həbs etməyə başlayıb

Misir ordusu kütləvi iğtişaşların iştirakçılarını həbs etməyə başlayıb
# 03 fevral 2011 08:47 (UTC +04:00)
APA-nın məlumatına görə, ordunun prezident tərəfdarlarını, yoxsa əleyhdarlarını həbs etdiyi məlum deyil. Bundan əvvəl verilən məlumatlarda Qahirə küçələrinə çıxarılmış ordunun ictimai asayişin bərpasında iştirakdan imtina etdiyi bildirilirdi.

“Associated Press” agentliyinin məlumatına görə, müxalifət Təhrir meydanının yaxınlığındakı “Sadat” metro stansiyasını ələ keçirib və oradan əsir götürdükləri prezident tərəfdarlarını saxlamaq üçün müvəqqəti həbsxana kimi istifadə edir. Misir Səhiyyə Nazirliyi dünən Təhrir meydanında baş verən toqquşmalarda 5 nəfərin öldüyü, 800-dən çox insanın isə yaralandığını barədə məlumat yayıb. Digər mənbələr isə yaralıların sayının 1500-ü keçdiyini bildirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR