ABŞ Misirin keçid hökumətinin rəhbəri kimi Ömər Süleymanı görür

ABŞ Misirin keçid hökumətinin rəhbəri kimi Ömər Süleymanı görür
# 04 fevral 2011 04:49 (UTC +04:00)
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı New York Times qəzeti yayıb.
Xəbər verilir ki, prezident Mübarəkin inadcıllığına baxmayaraq ABŞ rəsmiləri Ömər Süleyman və Misir ordusunun rəhbəri Enan Sami və müdafiə naziri Məhəməd Tantavi konstitusiya islahatlarının başlaması prosesini müzakirə edirlər.
ABŞ-ın bu təklifi “müsəlman qardaşları” daxil olmaqla geniş koalisiya hökumətinin yaranması və tez 2011-ci ilin sentyabr ayında azad seçkilərin keçirilməsi nəzərdə tutur.
Buna baxmayaq qəzet yazır ki, Misirin vitse-prezidenti və ordu komandanlığın bu təkliflərlə razılaşacağına heç bir əsas yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR