Misirdə keçmiş və indiki hökumət nümayəndələrinin ölkədən çıxmasına qadağa qoyulub

Misirdə keçmiş və indiki hökumət nümayəndələrinin ölkədən çıxmasına qadağa qoyulub
# 12 fevral 2011 13:41 (UTC +04:00)
Bakı – APA. Misirdə sabiq və indiki dövlət-hökumət nümayəndələrinin ölkədən çıxmasına qadağa qoyulub. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, xaricə getmək üçün baş prokuror və ordu rəhbərliyinin icazəsi tələb olunur.

Qahirə hava limanından adının çəkilməsini istəməyən səlahiyyətli şəxs bildirib ki, əllərində keçmiş hökumət nümayəndələrinin adları yazılmış siyahı var. O, artıq informasiya nazirinin ölkəni tərk etməsinin qarşısını aldıqlarını açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR