BMT-nin ərzaq daşıyan gəmisi Liviya limanına yaxınlaşa bilməyib

BMT-nin ərzaq daşıyan gəmisi Liviya limanına yaxınlaşa  bilməyib
# 03 mart 2011 22:44 (UTC +04:00)
Bakı-APA. BMT-nin ərzaq daşıyan gəmisi yüksək təhlükə səbəbindən Liviyanın Benqazi limanına yaxınlaşa bilməyib.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin məlumatında deyilir.
Lakin təhlükənin nədən ibarət olduğu açıqlanmır.
Bu gəmi BMT-nin Dünya Ərzaq Proqramı tərəfindən Benqaziyə un aparırdı. Ərzaq Proqramının nümayəndələri bildirib ki, gəminin ekipajı Maltaya getmək barədə qərar qəbul edib.
Benqazi Liviyanın ikinci böyük şəhəridir. Hal-hazırda bu şəhərə Müəmmər Qəddafi rejiminin əleyhdarları nəzarət edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR