Qəzzafi tərəfdarları Əcdəbiyə şəhərini bombardman ediblər

Qəzzafi tərəfdarları Əcdəbiyə şəhərini bombardman ediblər
# 16 mart 2011 01:11 (UTC +04:00)
Bakı-APA. Liviya lideri Müəmmər Qəzzafiyə sadiq qüvvələr başlıca qiyamçı istehkamı sayılan Benqazi yaxınılığındakı Əcdəbiyə şəhərinə hava zərbələri endiriblər.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, şahidlər deyirlər ki, şəhərin qərb rayonları bombardman edilib. Fransa xəbər agentliyi azı bir üsyançının həlak olduğunu xəbər verir. Qəzzafi qüvvələri habelə Tripolidən 120 kilometr məsafədə yerləşən qərbi sahil şəhəri olan Zuvarahı hədəf alıblar. Zuvarah müxalifətçilərin bir ay bundan öncə üsyan baş qaldırdıqdan sonra ilk olaraq ələ keçirdikləri azsaylı şəhərlərdən biri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR