Liviya ordusu atəşkəs elan edib

APA-nın məlumatına görə, qərara martın 20-si Bakı vaxtı ilə saat 23.00-dan əməl olunmalıdır. Liviyanı bombardman edən koalisiya qüvvələrinin bu qərara münasibəti hələlik məlum deyil. Bununla belə, ABŞ və müttəfiqləri Qəddafinin bu qərara sadiq olacağına şübhə ilə yanaşır.
Koalisiya qüvvələri isə paytaxt Tripoliyə zərbələri davam etdirir. Qəddafi qoşunları koalisiya qüvvələrinin təyyarələrini vurmaq üçün hava hücumundan müdafiə vasitələrindən istifadə edir.
Xəbər verilir ki, koalisiya təyyarələrinin atdığı bir neçə mərmi Liviya liderinin iqamətgahlarının yerləşdiyi ərazisinə düşüb. Aviazərbələr nəticəsində Qəddafinin iqamətgahlarından biri tamamilə dağılıb. İqamətgah Liviya liderinin qonaqlarını qəbul etdiyi məşhur çadırının 50 metrliyində yerləşir. Liviya hökumətinin nümayəndəsi Musa İbrahim bina istiqamətində reaktiv mərminin atıldığını bildirib. KİV nümayəndələri avtobusla binanın yerləşdiyi əraziyə aparılıb.
Baş verənlərdə koalisiya qüvvələrini günahlandıran M. İbrahim içərisində dinc insanların olduğu iqamətgahın varvar bombardmanına məruz qalmasından dəhşətə gəldiyini bildirib. Bombardmanın qurbanları barədə məlumat verilmir. M. İbrahim yalnız onu deyib ki, binada və yaxınlıqda olan yüzlərlə dinc sakinin taleyindən söhbət gedir.
Bununla belə, ABŞ hökumətinin nümayəndələri NBC News telekanalına Qəddafinin iqamətgahına aviazərbələrdə iştirak etmədiklərini bildiriblər.
Qeyd edək ki, ABŞ müdafiə naziri Robet Qeyts jurnalistlərə deyib ki, ölkəsi Qəddafi rejiminə qarşı aparılan hərbi əməliyyatlarda aparıcı rola malik olmayacaq. Bununla belə, o, əməliyyatın başlanğıcının uğurlu keçdiyini bildirib.
Qəddafi onu da əlavə edib ki, Qəddafini aviazərbələrlə məhv etmək planı ağıllı seçim olmazdı. Bu bəyanat Böyük Britaniyanın müdafiə naziri Liama Foksun Qəddafinin ola biləcəyi yerlərə aviazərbələrin endirilməsi ilə bağlı təklifinə cabab olaraq səsləndirilib. R. Qeyts bildirib ki, koalisiya qüvvələri BMT Təhlükəsizlik Şurasının martın 17-də qəbul etdiyi qətnaməyə uyğun hərəkət etməlidir.
Qeyd edək ki, Liviyaya qarşı hərbi əməliyyatlara martın 19-da bir neçə ölkə - o cümlədən Fransa, ABŞ, İtaliya, Kanada və Böyük Britaniya tərəfindən başlanılıb. Bildirilir ki, Fransa Hərbi Hava Qüvvələri Kəddafi qüvvələrinin bir neçə zirehli texnikasını məhv edib, ABŞ və Britaniya isə Liviya Hava Hücumundan Müdafiə Qüvvələrinin 20-dək mövqeyinə “Tomoqavk” raketləri ilə zərbələr endirib. Koalisiyanın Hərbi Hava Qüvvələri Liviyanın Hava Hücumundan Müdafiə obyektlərinə ümumilikdə 110 qanadlı raket atıb.
Xəbər Lenti
Nyu-Yorkda hərbi gəmi Bruklin körpüsünə çırpılıb, 2 nəfər ölüb, 17 nəfər yaralanıb
Mers: Avropa Ukraynaya sülhməramlı qüvvələr göndərmək fikrindən "uzaqdır"
“Zəngilan” və “Şayıflı” stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb
“Al Jazeera” İsrailin Qəzzaya yeni zərbələri nəticəsində azı 78 nəfər ölüb
Polşada prezident seçkiləri keçirilr
Rumıniyada prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb
Argentinada daşqınlar səbəbindən 7 mindən çox sakin təxliyə olunub
Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Bruklin körpüsünə çırpılıb
Almaniya və ABŞ Avropada "Patriot" və "HIMARS" üçün raketlərin istehsalına başlayacaq
Merts: NATO və Aİ hərbçilərinin Ukraynaya göndərilməsi müzakirə olunmur
Rubio: ABŞ İranın nüvə ambisiyalarından əl çəkməsini istəyir
ABŞ-da fırtına nəticəsində azı 27 nəfər həlak olub
Britaniyada infrastruktur obyektlərinin mühafizəsi üçün xüsusi qvardiyanın yaradılması planlaşdırılır
Qəzzanın cənubuna endirilən zərbələr nəticəsində azı 36 nəfər həlak olub
ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirə bilər
ABŞ dövlət katibi: Vaşinqton yaxın günlərdə Ukrayna üzrə irəliləyişə nail olmaq istəyir
Avstriya “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub - YENİLƏNİB
Rubio: Rusiya Ukraynada atəşkəslə bağlı tələbləri əks etdirən sənəd hazırlayır
"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu olub
Gəncədə 40 yaşlı kişi bıçaqlanıb
Kaliforniyada avtomobilin partlaması nəticəsində azı bir nəfər ölüb
Finlandiyada iki helikopter toqquşub, 5 nəfər həlak olub
Abşeronda 35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Mingəçevirdə minik maşınları toqquşub, yaralılar var
Gəncədə zəncirvari yol qəzası baş verib
Xəzər dənizində zəlzələ baş verib
İtaliya 2022-ci ildən bəri Ukraynaya 3 milyard avro dəyərində silah göndərib
İstanbul görüşü: Yeni sülh ümidi, yoxsa diplomatik teatr? - TƏHLİL
Myanmada 5,2 bal gücündə zəlzələ baş verib
Kreml: Putin və Tramp arasında telefon danışığının baş tutması üçün hazırlıqlar gedir - YENİLƏNİB
Milli Məclisin sədri Vatikana səfər edib, XIV Leonun andiçmə mərasimində iştirak edəcək
Lənkəranda yol qəzası olub, 3 nəfər xəsarət alıb
Gəncədə 18 yaşlı oğlanı bıçaqlayan şəxs tutulub
Bu gün Bakının 551 küçəsi yuyulub
ABŞ-da tornado nəticəsində azı 21 nəfər ölüb, çox sayda yaralı var
Deputat: Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli rolu qəbul edilib
Azərbaycan mediası beynəlxalq müstəvidə: Bakı yazır, dünya istinad edir!
Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib
XİN: İran Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirilməsinə dəstək verəcək
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub - VİDEO
Mütəllim Rəhimli Ədalət Partiyasının yeni sədri seçilib
Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsi baş tutacaq
Zaxarova: İstanbuldakı danışıqlarda bütün konstruktiv təklifləri Rusiya irəli sürüb
Türkiyə Qara dənizdə 75 milyard kubmetrlik yeni təbii qaz ehtiyatı kəşf edib
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər edib
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Azərbaycanda taksi istifadəçilərinin sayı cüzi azalıb
İsrailin Qəzzaya hücumları nəticəsində son bir gündə 150 nəfər ölüb