Koalisiya qüvvələri Qəddafi qüvvələrinə növbəti hava zərbələri endirib

Koalisiya qüvvələri Qəddafi qüvvələrinə növbəti hava zərbələri endirib
# 25 mart 2011 11:33 (UTC +04:00)
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Britaniya müdafiə naziri Liam Foks deyib ki, müxalifətin nəzarətində olan Əcdəbiyyə şəhərinin ətrafındakı Qəddafi qüvvələri dinc əhaliyə təhlükə törədirdi. Təyyarələr “Brimstoun” raketləri ilə tankları və zirehli maşınları vurublar. Konkret neçə hərbi vasitənin məhv edildiyi açıqlanmayıb.

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Giyo (Edouard Guillaud) isə Əcdəbiyyədə Qəddafi qüvvələrinin artilleriya bazasına zərbə endirdiklərini bildirib. Bundan başqa, koalisiya qüvvələri paytaxt Tripoli də daxil olmaqla, Liviyanın başqa ərazilərindəki hərbi obyektləri də bombalayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR