Liviyada üsyançılar əks-hücuma keçiblər

Liviyada üsyançılar əks-hücuma keçiblər
# 01 aprel 2011 13:50 (UTC +04:00)
Bakı – APA. Liviyada üsyançılar iki gün əvvəl itirdikləri Breqa liman şəhərini geri almaq üçün hücuma keçiblər. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Ədcəbiyyədə olan üsyançılar bu dəfə daha yaxşı təşkilatlanıblar və vahid komandanlıq altında hərəkət edirlər. Üsyançılara peşəkar zabitlərin başçılıq etdiyi bildirilir. Ədcəbiyyə şəhərinin çıxışında blok-postlar qoyulub. Cəbhəyə yalnız yaxşı silahlanmış şəxslər buraxılır. Ov tüfəngi və baltalarla döyüşə getmək istəyənlər geri qaytarılır. Breqa istiqamətinə üzərində raket qurğuları və digər ağır silahlar olan yük avtomobilləri hərəkət edir.

Qeyd edək ki, indiyə qədər üsyançıların qüvvələri zəif silahlanmış və təlim görməmiş başıpozuq dəstələrdən ibarət olub. Onlar Qəddafi qüvvələrinin hücum edəcəyini eşidən kimi qaçıb dağılışırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR