Hüsnü Mübarək ölümə məhkum edilə bilər

Hüsnü Mübarək ölümə məhkum edilə bilər
# 15 aprel 2011 15:48 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Misirin “Əl Əhram” qəzeti Qahirə Apellyasiya Məhkəməsinin sədri Zəkəriyyə Şalaşaya istinadən məlumat yayıb. Z. Şalaşa bildirib ki, qəsdən adamöldürmə ittihamı təsdiqlənərsə, Mübarək edam edilə bilər. Hakim deyib ki, maliyyə pozuntuları ilə bağlı ittiham əsasında sabiq prezident ən yaxşı halda 3 il azadlıqdan məhrum ediləcək. O, istintaqın azı 1 il sürəcəyini söyləyib.

Qeyd edək ki, H. Mübarək oğulları Əli və Camalla birlikdə aprelin 19-da Qahirə məhkəməsinə ifadə verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR