Misirdə küçə, park, meydan, məktəb, kitabxana və Mübarək ailəsinin adını daşıyan digər obyektlərin adı dəyişdiriləcək

Misirdə küçə, park, meydan, məktəb, kitabxana və Mübarək ailəsinin adını daşıyan digər obyektlərin adı dəyişdiriləcək
# 21 aprel 2011 15:03 (UTC +04:00)
APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, bu barədə məhkəmə qərar çıxarıb.

Ölkədəki küçə, park, meydan, məktəb, kitabxana və Mübarək ailəsinin adını daşıyan digər obyektlərin adı dəyişdiriləcək. Bu obyektlərə Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən inqilab zamanı həlak olanların adları veriləcək. Bundan başqa, sabiq prezidentin küçələrdəki, ofislərdəki, ictimai yerlərdəki portretləri dövlət bayrağı ilə əvəzlənəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR