Mərakeşdə Konstitusiya referendumu keçirilib

Mərakeşdə Konstitusiya referendumu keçirilib
# 02 iyul 2011 01:59 (UTC +04:00)
Bakı-APA. Mərakeşdə ölkə konstitusiyasına dəyişikliklərə dair referendum keçirilib.

Referendumda seçicilərin 60%-dən çoxu iştirak edib. İlk nəticələr artıq bu gün məlum olacaq.

Mərakeşdə konstitusiyanın dəyişdirilməsi prosesinə 3 ay əvvəl başlanılıb. O zaman xalq həyəcanlarından sonra hökumət siyasi sistemin demokratikləşdirilməsi barədə qərar qəbul etmişdi.

Yeni konstitusiya layihəsinə görə, monarxın səlahiyyətləri məhdudlaşdırılır, baş nazir parlamenti buraxmaq hüququna malik olacaq, məhkəmə hakimiyyəti isə qanunverici və icraedici hakimiyyətdən asılı olmayacaq. Monarx parlament seçkilərində qalib gəlmiş partiyanın rəhbərini baş nazir təyin edəcək. O birtərəfli qaydada parlamenti buraxa bilməyəcək. Kral VI Məhəmməd yalnız Konstitusiya məhkəməsi ilə məsləhətləşmələrdən sonra parlamenti buraxa biləcək.

Həmçinin yeni konstitusiyaya görə, Mərakeş əhalisinin 60%-ni təşkil edən bərbərlərin dili ilk dəfə olaraq dövlət dili statusu alacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR