Liviyada əsir götürülmüş italyan jurnalistlər azadlığa buraxılıblar

Liviyada əsir götürülmüş italyan jurnalistlər azadlığa buraxılıblar
# 25 avqust 2011 14:47 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Liviyada əsir götürülmüş 4 italyan jurnalist azad edilib. APA-nın verdiyi məlumata görə, hal-hazırda jurnalistlər özlərini yaxşı hiss edirlər. İtaliya Xarici İşlər Nazirliyi jurnalistlərin azad olunması xəbərini təsdiqləyib.
Qeyd edək ki, içərisində jurnalistlərin olduğu maşın silahlı quldurlar tərəfindən saxlanılaraq, qarət olunub, sürücü isə öldürülüb. Bundan sonra jurnalistlər Qəddafi tərəfdarlarına təhvil verilərək Tripolidə bir binada saxlanılıblar. Jurnalistlərin hansı şəkildə azad edildiyi haqqında məlumat verilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR