Qəddafi yenidən Liviya əhalisini üsyançılara qarşı mübarizəyə çağırıb

Qəddafi yenidən Liviya əhalisini üsyançılara qarşı mübarizəyə çağırıb
# 25 avqust 2011 20:17 (UTC +04:00)
Bakı-APA. Polkovnik Müəmmar Qəddafi yenidən Liviya əhalisini üsyançılara və onlara kömək edən NATO-ya qarşı mübarizəyə çağırıb. APA-nın verdiyi xəbərə görə, onun audio çıxışını Əl-Ərəbiyə telekanalı yayımlayıb.
"Biz düşmənə müqavimət göstərməliyik. Onları yalnız silahlı mübarizə yolu ilə məğlub etmək olar. Çıxın Tripolinin küçələrinə, şəhəri azad edin", Gəddafi sayca üçüncü çıxışında belə deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR