Piratlar neft tankerini ələ keçiriblər

Piratlar neft tankerini ələ keçiriblər
# 04 noyabr 2011 04:09 (UTC +04:00)
Bakı-APA. Nigeriya sahilləri yaxınlığında piratlar neft tankerini ələ keçirərək heyətini girov götürüblər.
APA-nın verdiyi xəbərə görə, piratlar gəmini tutduqdan sonra Qvineya körfəzinə istiqamət götürüblər.
Tanker Maltaya məxsusdur. Gəmi ilə rabitə həftənin əvvəlindən kəsilib.Lakin onun piratlar tərəfindən zəbt olunması indi müəyyən olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR