Misirin hərbi şurası siyasi qüvvələri dialoqa dəvət edib

Misirin hərbi şurası siyasi qüvvələri dialoqa dəvət edib
# 22 noyabr 2011 03:57 (UTC +04:00)
Bakı-APA. Misir Silahlı qüvvələrinin ali şurası ölkənin müxtəlif siyasi qüvvələrini bu gün müdafiə nazirliyinin binasında keçiriləcək dialoqa dəvət edib. Bu barədə «Müsəlman qardaşlar» hərəkatının saytı məlumat yayıb. Şura həmçinin ölkədəki qarşıdurmanın səbəblərini aydınlaşdırmaq üçün ədliyyə nazirliyinə komissiya yaratmağı tapşırıb.

Artıq bir neçə gündür ki, Qahirədə hakimiyyətin hərbçilərdən mülki şəxslərə verilməsini tələb edən nümayişçilərlə polis arasındakı qarşıdurma səngimir. Ən 35 insanın həlak olduğu bildirilən qarşıdurmada 2 minədək yaralının olduğu qeyd olunur.

Dünən gecə isə İsam Şərəfin başçılıq etdiyi hökumət istefa verib. Hərbçilər hələlik hökumətin istefasını qəbul etməyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR