Hüsnü Mübarəkin səhhəti kəskin pisləşib

Hüsnü Mübarəkin səhhəti kəskin pisləşib
# 02 iyun 2012 15:03 (UTC +04:00)
APA-nın məlumatına görə, məhkəmənin iclasından sonra cəzanın çəkilməsi üçün paytaxt yaxınlığında yerləşən Tora şəhərindəki həbsxanaya gətirilən sabiq dövlət başçısının vəziyyəti hazırda qeyri-stabildir, həkimlər onun vəziyyətini sabitləşdirməyə çalışırlar.

Qeyd edək ki, bu gün Qahirə Cinayət Məhkəməsi Misirin eks-prezidenti Hüsni Mübarəki ömürlük həbs cəzasına məhkum edib. Sabiq dövlət başçısı 2011-ci ilin yanvar ayında ölkədə keçirilən dinc etiraz aksiyalarının iştirakçılarına qarşı güc tətbiqi və yürüş iştirakçılarının qətlində təqsirli bilinib.

Məhkəmənin hökmü çıxarılandan sonra prokuror müttəhimin indiyədək saxlandığı Beynəlxalq Tibb Mərkəzindən Tora həbsxanasına köçürülməsi ilə bağlı göstəriş verib. Şahidlərin sözlərinə görə, H.Mübarək həbsxananın xəstəxanasına gətirilən zaman o, həbsxanaya getmək istəmədiyini bildirib, emosional sarsıntı keçirib və ağlamağa başlayıb: «Ey böyük Allah, mən bu ölkəyə xidmət etmişəm!». Bundan sonra ürəyində ağrılar hiss edən sabiq prezidentin vəziyyəti kəskin pisləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR