Liviya hökumət qüvvələri Tripoli hava limanına nəzarəti bərpa ediblər

Liviya hökumət qüvvələri Tripoli hava limanına nəzarəti bərpa ediblər
# 05 iyun 2012 01:46 (UTC +04:00)
Bakı-APA. Liviya hökumət qüvvələri bir qədər əvvəl silahlı qruplaşma tərəfindən zəbt olunmuş Tripoli beynəlxalq hava limanına nəzarəti bərpa ediblər.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bunu Liviya Daxili İşlər naziri Ömər əl –Kadraui bildirib.
Onun sözlərinə görə 30-40 nəfər üsyançı həbs olunub.
Qeyd edək ki, hərbi texnika ilə hava limanına daxil olan silahlılar uçuşların dayandırılmasına nail olublar. Onlar bildiriblər ki, bu addımı atmağa vadar edən səbəb qruplaşmanın liderlərindən birinin hava limanı ərazisində yoxa çıxması olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR