Misir Silahlı qüvvələrin Ali Şurası parlamentin buraxılması barədə bildiriş yayıb

Misir Silahlı qüvvələrin Ali Şurası parlamentin buraxılması barədə bildiriş yayıb
# 15 iyun 2012 19:07 (UTC +04:00)
Bakı-APA. Misir Xalq məclisinin (parlamentin aşağı palatası) baş katibliyi bu gün ölkənin hakim Silahlı qüvvələrin Ali Şurasından parlamentin buraxılması barədə bildiriş alıb. Sənəddə bildirilir ki, Ali konstitusiya məhkəməsinin parlamentin qeyri-legitim olması barədə qərarından sonra qanunverici orqanın buraxılması üçün əlavə qərara ehtiyac yoxdur.

Misir Ali konstitusiya məhkəməsi dünən parlament seçkiləri barədə qanunun ölkənin Konstitusiya bəyannaməsinə uyğun gəlməməsi səbəbilə parlament seçkilərinin nəticələrinin ləğv olunması barədə qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR