Nigeriyada baş verən döyüşlərdə 80 nəfər öldürülüb

Nigeriyada baş verən döyüşlərdə 80 nəfər öldürülüb
# 20 iyun 2012 16:47 (UTC +04:00)
Bakı – APA. Son günlər Nigeriyanın şimalında baş verən döyüşlər nəticəsində ən azı 80 nəfər öldürülüb. APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə polis və Beynəlxalq Qırmızı Xaç Komitəsi açıqlama yayıb.

Artıq üç gündür ki, Damaturu şəhərində islamçı “Boka Haram” adlı qruplaşmanın üzvləri ilə polis və hərbçilər arasında küçə döyüşləri gedir. Bir neçə gün əvvəl üç kilsənin partladıldığı Kaduna şəhərində də müsəlmanlarla xristianlar arasında silahlı toqquşmalar başlayıb.

Hökumət Nigeriyanın şimalındakı bir sıra şəhərlərdə komendant saatı elan etsə də, bu qərar toqquşmaları səngidə bilməyib.

Qeyd edək ki, “Boka Haram” qruplaşması Nigeriyanın şimalında şəriət əmirliyinin qurulması uğrunda mübarizə aparır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR