Misirdə prezident seçkilərinin rəsmi nəticələrinin elan olunması təxirə salınıb

Misirdə prezident seçkilərinin rəsmi nəticələrinin elan olunması təxirə salınıb
# 20 iyun 2012 23:40 (UTC +04:00)
Bakı-APA. Misir prezidenti seçkilərinin rəsmi nəticələri əvvəlcədən bildirildiyi kimi iyunun 21-də elan edilməyəcək. Bu barədə Misir prezidentinin seçkiləri üzrə Ali komissiyanın üzvü Məhəmməd Mümtaz Metvəlli məlumat verib.

Onun sözlərinə görə, «Komissiyaya seçkilərdə iştirak etmiş 2 namizəddən gələn bütün şikayətləri araşdırmaq üçün planlaşdırdığından daha çox vaxt lazımdır».

Ötən bazar günü Misirdə prezident seçkilərinin ikinci turu başa çatıb. Seçkilərdə keçmiş baş nazir Əhməd Şəfiq və «Müsəlman qardaşlar» hərəkatının nümayəndəsi Məhəmməd Mürsi iştirak ediblər. Səsvermə başa çatandan bir gün sonra hər iki namizəd özünün qələbəsini elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR