Liviyada tayfalararası qarşıdurmada 105 nəfər öldürülüb

Liviyada tayfalararası qarşıdurmada 105 nəfər öldürülüb
# 21 iyun 2012 03:51 (UTC +04:00)
Bakı-APA. Liviyanın qərbində yaşayan tayfalar arasındakı qarşıdurma nəticəsində ən azı 105 nəfər həlak olub, 500-dən artıq insan isə yaralanıb. Bu barədə Liviya hökumətinin mətbuat katibi Nasir əl-Manaa məlumat verib.

İğtişaşlar bir həftə davam edib. Qarşıdurma Zintan, Mizda və Şeqayqa şəhərlərində yaşayan tayfalar arasında baş verib. Mübahisənin səbəbi bir tayfadan alınaraq digərinə verilmiş torpaq sahəsidir.

İğtişaşları yalnız bölgəyə qoşun yeridiləndən sonra yatırmaq mümkün olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR