Misirin yeni prezidentinin ofisi: “Məhəmməd Mursi “Fars” xəbər agentliyinə müsahibə verməyib”

Misirin yeni prezidentinin ofisi: “Məhəmməd Mursi “Fars” xəbər agentliyinə müsahibə verməyib”
# 25 iyun 2012 23:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Misirin yeni seçilən prezidenti Məhəmməd Mursinin ofisi İranın “Fars” xəbər agentliyində yayılan məlumatı təkzib edib. APA-nın məlumatına görə, “Fars” saytı M.Mursinin agentliyin müxbirinə verdiyi müsahibəsini yayıb. Xəbərə görə, Misirin yeni prezidenti iranlı jurnalistə müsahibəsində Tehranla strateji əlaqələr qurmaq istədiyini bildirib. Lakin M.Mursinin ofisi məlumatı təkzib edərək bildirib ki, prezident “Fars” agentliyinin müxbiri ilə ünsiyyətdə olmayıb və ona müsahibə verməyib: “Prezidentin adından yayılan müsahibə və müsahibədə yer alan fikirlər həqiqəti əks etdirmir”.
Qeyd edək ki, “Fars” xəbər agentliyində M.Mursinin adından yayılan müsahibə dünya mediasında böyük rezonans doğurub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR