Malidə şəhər islamçıların əlinə keçib

Malidə şəhər islamçıların əlinə keçib
# 28 iyun 2012 01:42 (UTC +04:00)
Bakı-APA. «Qərbi Afrikada cihad və birlik uğrunda hərəkat» qruplaşmasının üzvləri Malinin şimalındakı Qao şəhərini ələ keçiriblər. «Azavadın azad olunması uğrunda xalq hərəkatı»nın üzvləri olan tuareqlərlə döyüşlərdə ən azı 20 nəfər həlak olub.

İslamçılar 40-dək tuareqin ələ keçirildiyini, şəhərin qubernatorunun və tuareqlərin liderinin evlərini tutduqlarını bildiriblər.

Malidə mart ayında baş vermiş çevrilişdən sonra ölkənin şimalı islamçı qruplaşmaların nəzarətinə keçib. Ölkədəki qarışıqlıqdan istifadə edən tuareqlər isə öz dövlətlərini qurmağa çalışırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR