Şarm əl-Şeyxdə otelləri partlatmağa hazırlaşan 5 “Əl-Qaida” üzvü həbs edilib

Şarm əl-Şeyxdə otelləri partlatmağa hazırlaşan 5 “Əl-Qaida” üzvü həbs edilib
# 03 noyabr 2012 07:43 (UTC +04:00)
Bakı-APA. Misir xüsusi xidmət orqanları Şarm əl-Şeyx kurort mərkəzində turistlərə qarşı irimiqyaslı terror aktı hazırlayan beş “Əl-Qaida” üzvünü həbs ediblər. APA-nın məlumatına görə, terrorçuların eyni vaxtda bir neçə oteldə partlayış planlaşdırdığı müəyyənləşib. Terror aktlarının Milad bayramı ərəfəsində həyata keçirilməsi planlaşdırılıb. Terrorçular Misirlə Qəzza sektorunun sərhədində saxlanıblar. Onların maşınında tapançalar, avtomatlar və reaktiv qurğular aşkarlanıb.
Qeyd edək ki, dünən Böyük Britaniya Xarici İşlər Nazirliyi Misirdə terror aktı ehtimalının yüksək səviyyədə olduğunu bildirərək öz vətəndaşlarını bu ölkəyə səfər etməkdən çəkinməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR