Əlcəzair hökuməti Rusiyadan aldığı “MiQ” təyyarələrini geri qaytarmaq barədə qərar qəbul edib

Əlcəzair hökuməti Rusiyadan aldığı “MiQ” təyyarələrini geri qaytarmaq barədə qərar qəbul edib
# 18 fevral 2008 08:19 (UTC +04:00)
Əlcəzair - APA. Əlcəzair hökuməti 2006-2007-ci illərdə Rusiyadan aldığı 15 ədəd “MiQ” təyyarəsini geri qaytarmaq barədə qərar qəbul edib. APA-nın məlumatına görə, bu, Rusiyadan alınan hərbi texnikanın geri qaytarılmasına dair ilk faktdır. “MiQ-29SMT” və “MiQ-29UB” təyyarələrinin geri qaytarılması haqqında saziş “Rosoboroneksport”, “MiQ” korporasiyası və Əlcəzair Hərbi Hava Qüvvələri arasında bağlanıb. Əlcəzair hökuməti təyyarələrdən imtina etməsini hərbi texnikanın ayrı-ayrı hissələrinin aşağı keyfiyyətdə olması ilə əlaqələndiriblər. Rusiya bu ittihamları qəbul etmir, onlar fikirlərini əsaslandırmaq üçün Əlcəzair tərəfinin təyyarələri qəbul etmə aktına qol çəkdiklərini bildirilər. Analitiklərin fikrincə, Əlcəzairin Rusiyadan aldığı “MiQ”ləri geri qaytarmasına səbəb Fransa prezidenti Nikola Sarkozinin bu ölkəyə təzyiqləri ilə bağlıdır. Fransa Əlcəzair bazarında “Rafale” təyyarələrinin payını artırmaq niyyətindədir və bu məqsədlə Əlcəzair hökuməti ilə danışıqlar aparır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR