“Bloomberg”: Klinton Trampı 9% qabaqlayır

“Bloomberg”: Klinton Trampı 9% qabaqlayır
# 20 oktyabr 2016 03:28 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 9% qabaqlayır.

APA-nın xəbərinə görə, “Bloomberg” agentliyi tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 47 faizini, Tramp isə 38 faizini toplaya bilər.

Hazırda Las-Veqas şəhərində prezidentliyə namizədlər arasında sonuncu teledebatlar keçirilir. Rəy sorğularının nəticələrinə əsasən, ilk iki teledebatların qalibi Hillari Klinton olub.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR