Hindistanda sərnişin avtobusu gölə düşüb, 13 nəfər ölüb, 16 nəfər xəsarət alıb

Hindistanda sərnişin avtobusu gölə düşüb, 13 nəfər ölüb, 16 nəfər xəsarət alıb
# 06 yanvar 2016 18:13 (UTC +04:00)

Bakı-APA. Hindistanın şərq bölgəsində ağır yol qəzası baş verib.

APA-nın The Associated Press (AP) agentliyinə istinadən verdiyi xəbərə görə, Tripur şəhəri yaxınlığında avtobusun gölə düşməsi nəticəsində 13 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Məlumata əsasən, sərnişin avtobusunun təkəri partlayıb və avtobusun sürücüsü idarəetməni itirdiyi üçün nəqliyyat vasitəsi gölə düşüb.

Yerli polis bildirib ki, 6 nəfər hadisə yerində, 7 nəfər isə xəstəxanada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR