Bakı. Türbət Bağırova - APA. Ermənistan Ombusdmanı Karen Andreasyan istefa verib.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə o, öz “Facebook” səhifəsində yazıb.
K. Andreasyan bütün həmkarlarına təşəkkür edərək insan haqlarının müdafiəsi məsələsinin Ermənistan dövləti və ictimaiyyətinin prioriteti olaraq qalacağına ümidvar olduğunu bildirib.