Orta məktəb məzunlarının medalla təltif edilməsi haqda əmr imzalanıb

Orta məktəb məzunlarının medalla təltif edilməsi haqda əmr imzalanıb
# 09 avqust 2016 14:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, əmrə əsasən qızıl və gümüş medala layiq görülmüş təhsil alanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.

İnformasiya şöbəsinə əmrin «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və nazirliyin internet saytında yerləşdirilməsini təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR