Aİ Mali ilə sərhəddə 17 Niger əsgərinin öldürülməsini pisləyib

Aİ Mali ilə sərhəddə 17 Niger əsgərinin öldürülməsini pisləyib
# 17 avqust 2023 12:59 (UTC +04:00)

Avropa İttifaqı Mali ilə sərhəddə Niger əsgərlərinə qarşı hücumu pisləyib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter“də yazıb.

“Avropa İttifaqı silahlı qruplar tərəfindən Niger əsgərlərinə qarşı həyata keçirilən və azı 17 hərbçinin ölümünə səbəb olan hücumları qətiyyətlə pisləyir.

Nigerdə hərbi çevriliş cəhdi nəticəsində ciddi şəkildə pozulmuş təhlükəsizliyin yenidən təmin olunması üçün ölkədə konstitusiya quruluşunun bərpası yeganə yoldur”, - deyə Borrell bildirib.

Qeyd edək ki, 16 avqustda Niger ordusunun əsgərlərindən ibarət bir dəstə Malinin cənub-şərqində yerləşən Kutuqu şəhəri yaxınlığında pusquya düşüb. İlkin məlumatlara görə, hücum nəticəsində 17 hərbçi ölüb, 20 nəfər yaralanıb və onlardan 6 hərbçinin vəziyyəti ağırdır.

Baş vermiş hadisə nəticəsində ölən və yaralanan hərbçilərin hamısı Nigerin paytaxtı Niamey şəhərinə təxliyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR